Yol qırğını davam edir: 5 ölü, 17 yaralı
5 Dekabr 2013 11:52 KriminalDekabrın 4-də ölkə ərazisində baş vermiş yol qəzalarında 5 nəfər dünyasını dəyişib. Gün ərzində ümumilikdə 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda həlak olan 5 nəfərdən başqa 17 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda baş vermiş qəzalarda 2 nəfər həyatını itirib. Nizami və Xətai rayonlarında piyadalar qəzanın qurbanı olub. Ölümlə nəticələnən digər qəzalar Bərdə, Ağstafa və Goranboyda baş verib. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31