İstintaq təcridxanasına telefon keçirmək istədi
4 Dekabr 2013 13:51 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə həbs edilmiş məhkum Nazir Elbəyi oğlu Nəcəfovun yanına qısamüddətli görüşə gəlmiş şəxs Əfqan Əşrəf oğlu Qasımovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki dəri gödəkcənin sol yan cibindən daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "BlackBerry" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırma aparılır.