Bakıda zəncirvari qəza, “Shacman” 3 avtomobili tapdadı

Bakıda daha bir zəncirvari qəza hadisəsi baş verib. "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Shacman" markalı yük avtomobili, "Hyundai", "Mercedes" və "Daewoo" markalı minik avtomobilləri toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 21:29-da başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31