Bakıda ruhi xəstədən qorxulu zəng - “DSMF-ni partladacağam”
4 Dekabr 2013 13:06 KriminalBakının Yasamal rayonunda bir nəfər şübhəli şəxs qismində DİN-ə zəng edib. Yasamal rayon Pokurorluğundan Dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu sakini, 1981-ci il təvəllüdlü Ələkbərov Sahib Nurəddin oğlu DİN-nin 102 xidmətinə zəng vuraraq "50 manat təqaüd aldığını, yanacağın qalxmasına, maddi imkanının olmamağına və Sosial Müdafiə Fondundan yardım almadığına görə Azpetrol yanacaq doldurma məntəqəsini və Sosial Müdafiə Fondunu partlada biləcəyini, çevriliş edə biləcəyini, heç kimdən qorxmadığını" bildirib.
Məlumat əsasında Yasamal RPİ-nin təhqiqat bölməsində ilkin araşdırma zamanı müəyyən edilib ki, Sahib Ələkbərov 2012-ci il tarixdən Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.
Faktla bağlı araşdırma aparılır. AzVision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31