Məşhur publisistin oğlu dəm qazından boğuldu
4 Dekabr 2013 13:04 KriminalTanınmış publisist, ssenarist Rafiq Səməndərə ağır itki üz verib. Publisistin oğlu Kamran Ələddinov bu gün vəfat edib. K.Ələddinovun dəm qazından boğularaq vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Rafiq Səməndər məşhur "Yuxu" filminin ssenari müəllifi, Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş "Sonqulunun sərgüzəştləri" ssenari müəlliflərindən biridir. Onun yaradıcılığının şah əsəri kimi 20 yanvar şəhidlərinə həsr olunmuş "Şəhidlər" kitabı göstərilir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır. AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31