İranda terror həyəcanı
4 Dekabr 2013 12:38 KriminalSuriyada Əsəd rejimi ilə mübarizə aparan silahlı İraq Suriya İslam Dövləti ( ISIS ) təşkilatı İranda bir sıra terror aksiyası həyata keçirməyi planlaşdırır. "OLAYLAR"-ın Türkiyə bürosunun Livan KİV-lərinə istinadən verdiyi xəbərə görə, təşkilat terror aksiyalarını Tehranın Əsəd rejiminə silahlı yardım etdiyi üçün qisas olaraq həyata keçirmək niyyətindədəir. Qərar terror təşkilatının noyabrın 17-də keçirilən şura toplantısında qəbul edilib. Qərara təşkilatın rəhbəri olan Əl -Bağdadi də razılıq verib. Terror aksiyalarının dövlət rəhbərliyinin üzvləri, ruhani liderlər, şiə ziyarətgahları, dövlət idarə və müəssisələri, hərbi baza və aerodromlara qarşı həyata keçiriləcəyi gələn xəbərlər arasındadır. Əl-Bağdadinin İranın ərazisindəki terrorçu qruplara aktivləşmə əmri verildiyi də bildirilir.