Rusiyanın Xantı-Mansiysk vilayətindəki tikinti meydançalarından birində montaj işləri zamanı fəhlə 8-ci mərtəbədən yıxılıb. Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, həmin şəxs Yuqra şəhərinə qazanc dalınca yollanmış azərbaycanlı olub. Həmyerlimiz aldığı zədələrdən təcili yardım gələnədək vəfat edib. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31