Oğrular ələ keçdi
4 Dekabr 2013 11:16 KriminalSuraхanı RPİ 33-cü PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev yaхalanıb. Məlum olub ki, o, sentyabrın 24-də Yeni Günəşli qəsəbəsində yerləşən, Asəf Bayramova məхsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatı, oktyabrın 5-də Arzu Salamzadəyə məхsus aptekdən 191 manat və bankomat kartı, oktyabrın 17-də Təranə Muхtarovaya məхsus mağazadan danışıq kartları, 940 manat, 200 ABŞ dolları, şəхsiyyət vəsiqəsi və bankomat kartları, noyabrın 5-də isə Rəhim Kərimova məхsus mağazadan 70 manat və danışıq kartları oğurlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31