Paytaxtda mağazaların “qənimi” tutuldu
Saxlanılan şəxs Bakıda bir neçə mağazanı qarət edib
4 Dekabr 2013 10:15 KriminalBakıda mağazaları talayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev yaxalanıb.Məlum olub ki, o, sentyabrın 24-də Yeni Günəşli qəsəbəsində yerləşən, Asəf Bayramova məxsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatları oğurlayıb. Oktyabrın 5-də isə Arzu Salamzadəyə məxsus aptekdən 191 manat və bankomat kartı götüqrüb. Oktyabrın 17-də Təranə Muxtarovaya məxsus mağazadan danışıq kartları, 940 manat, 200 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bankomat kartlarını talayıb. Noyabrın 5-də isə Rəhim Kərimova məxsus mağazadan 70 manat və danışıq kartları oğurlayıb.