Salyanda ölümlə nəticələnən qəza baş verib

Hadisənin “Ford” sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş verdiyi güman olunur

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsui baş verib. Hadisə Ələt Astara magistral yolunun 87-ci kilometrliyinin Salyan rayonunun Şörsulu kəndi Ərazisindən keçən hissəsində baş verib. Astara rayon sakini Həmidov Xasməmməd Abdulhəsən oğlu "Forid Tranzit" markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Massallı rayon sakini 27 yaşlı Məmmədov Taleh Valeh oğlunun idarə etdiyi "Mesedes" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "Ford"un sürücüsü Xasməmməd Həmidov aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. "Mersedesin" sürücüsü isə qəzada xəsarət almayıb.
Hadisənin "Ford" sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı BDYPİ də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31