Bakıda 25 yaşlı gənc dünyasını dəyişdi

Dünyasını dəyişən gəncin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir

Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində 25 yaşlı oğlan qəflətən dünyasını dəyişib. Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən verilən məlumata görə, Elvin Əzizovun vəziyyəti qəflətən pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılsa da, artıq oğlan dünyadan köçmüş olub. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31