Azərbaycan türkiyəli iş adamını İnterpola verdi - FOTO

Beynəlxalq axtarışa verilən şəxs vergidən yayınmaqda təqsirli bilinir

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.  Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 60 yaşlı Mete Yüce vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.  Mete Yüce Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.  apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31