“Neftqaztikinti” Trestinin əməkdaşı dənizdə həlak olub

Dekabrın 2-də "Neftqaztikinti" Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin "Günəşli" yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb. Socar.az xəbər verir ki, mərhumun meyidi dənizdən çıxarılaraq sahilə yola salınıb. Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31