Salyan sakinindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb
13:54 KriminalSalyan sakinindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Olaylar.az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.
Belə ki, ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31