Ötən gün ölkədə aşkarlanan silah və narkotikin sayı məlum olub
26 Mart 11:50 KriminalMartın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 1080 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 25-də ümumi çəkisi 53,8 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31