DİN Şəkidəki dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Şəkidə baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 1-də saat 18 radələrində Şəki rayonu ərazisində baş verib. Zaqatala rayon sakini Fərid İbrahimovun idarə etdiyi "Ford" və Qax rayon sakini Cümşüd Balıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. C.Balıyev və sərnişinlərindən Qax rayon sakinləri Əhməd Hacıyev, Sevinc Muradova ölüb, digər sərnişini Sevda Şərifova xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31