Şabranda külli miqdarda narkotik dövriyyədən çıxarıldı – iki nəfər həbs edildi
13:54 KriminalŞabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan şəxslər saxlanılıblar.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri - 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31