Rusiyadan narkotik gətirilməsinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Xudat" gömrük posrundan keçməklə Azərbaycana gələn Rusiya vətəndaşı Qalladjov Amrulla Şaxmir oğlunun idarə etdiyi "VAZ-21043" markalı, H 755 KX 05 RUS dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, "Reks" ləqəbli kinoloji xidmət itini tətbiq etməklə aparılan baxış zamanı avtomobilin qabaq sol qanadının alt hissəsindəki örtüyün altından 4, sağ qanadından 1, arxa yük yerindən 2 bağlama olmaqla ümumi çəkisi 3,480 kq olan çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilib. Faktla bağlı DGK İstintaq İdarəsində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31