Sumqayıt sakini Azərbaycandan kişiləri aldadıb Rusiyada qul kimi işlədirmiş
2 Dekabr 2013 14:48 KriminalSumqayıtda kişiləri aldadıb Rusiyada məcburi əməyə cəlb edən şəxsin əməlləri üzə çıxıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Məcnun Məmmədovun bir qrup şəxslə cinayət əlaqəsinə girərək kişiləri Rusiya Federasiyasına apararaq məcburi əməyə cəlb etməsi müəyyən edilib. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31