Gəncə Hava Limanına bomba qoyacağını deyən şəxs yaxalandı
2 Dekabr 2013 14:43 KriminalGəncə Hava Limanına bomba həyəcanı yaşadan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 30-da saat 19.13-də baş verib. Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" Zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31