Bakıda “Bomj”u döyüb öldürən şəxs tutulub
2 Dekabr 2013 14:42 KriminalBakıda tüfeyli həyat tərzi keçirən şəxs döyülüb öldürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 29-da kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüş şəxsin tüfeyli həyat tərzi keçirən Həsən Cabbarov olması müəyyən edilib. Araşdırmalar zamanı H.Cabbarovun noyabr ayının 20-də Cənub dərəsi küçəsində Bakı şəhər sakini İlqar Hüseynov tərəfindən döyülməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Hüseynov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31