Kameranın istilik borusunn arxasından telefon aşkar edildi
2 Dekabr 2013 13:08 KriminalPenitensiar xidmətin və Həbsxananın əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanada cəza çəkən 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2; 334.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tərlan İlyas oğlu Ağayevin kamerasına baxış keçirilib. Baxış zamanı kameranın istilik borusunun arxasında gizli saxlanc yerində gizlədilmiş ona məxsus 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.