Bişmiş toyuğun içindən telefon çıxdı

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 233; 315.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Şükran Fətulla oğlu Mühübəliyevin etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı plastik kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, ağ politen sellofana bükülərək gizlədilmiş bir ədəd "Nokia-2690" markalı mobil telefon aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31