Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 5 kv.m olan lift otağında elektrik lövhəsi yanıb. Otaqda olan elektrik kabelləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31