Azərbaycanda dəhşətli qəza: 3 ölü

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, qəza zamanı həlak olanlar "VAZ 2106"da olan sərnişinlər Qax rayon Ləkit kənd sakinləri, Qax rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı 46 yaşlı Sevinc Qəhrəmanova və onun 13 yaşlı oğlu Əhməd Muradov və sürücü Cümşüd Balıyevdir.Avtomobildə olan digər sərnişin Qax rayonunun Süskənd kəndində yaşayan 50 yaşlı Sevda Şərifova ağır xəsarətlərlə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Ford"un sürücüsü Fərid İbrahimov isə yüngül xəsarət alıb.

------------------
 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Qax-Şəki yolunda 3 nəfərin həlak olması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə saat 19 radələrində yolun Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndləri arasından keçən hissəsində qeydə alınıb. 90-BM-316 nömrə nişanlı VAZ 2106 markalı avtomobil, 99-BN-396 nömrə nişanlı "Ford" markalı xırdatutumlu yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər hadisə yerindəcə dünyasını dəyişib. Digər iki nəfərdən biri xəstəxanaya çatdırılarkən yolda, bir nəfər isə xəstəxanada vəfat edib.

Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir. Bir nəfər isə ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31