Aerokosmik Agentliyinin binasında yanğın
Azərbaycanda xüsusi dövlət əhəmiyyətli obyektdə yanğın olub
29 Noyabr 2013 17:33 KriminalHadisə şahidlərinin verdiyi məlumata görə, hadisə agentliyin Mərkəzi Seçki Komissiyasının arxasında yerləşən inzibati binasında qeydə alınıb. Binanı qara tüstü qatı bürüyüb və yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.
Milli Aerokosmik Agentliyindən isə bildirilib ki, yanğın agentliyin binasında yox, həyətində qeydə alınıb: "Ərazidə olan zibillikdə baş verən yanğın binaya keçmək üzrə olarkən yanğınsöndürənlər tərəfindən qarşısı alınıb. Agentliyin binasına ziyan dəyməyib". apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31