Bakıda əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs döyülərək öldürülüb

Bakıda əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs döyülərək qətlə yetirilib.  Ötən gün Səbail  rayon ərazisindən Klinik Tibbi Mərkəzə yerləşdirilən 1969-cu il təvəllüdlü, əvvəllər bir neçə dəfə məhkum olunmuş Həsən Nəriman oğlu vəfat edib. İlkin araşdırma zamanı həmin şəxsin döyülərək öldürülməsi ehtimal edilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Hazırda fakt üzrə araşdırma aparılır. apa
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31