Azərbaycanda yol tikən məhşur İtaliya şirkəti qarət edilib

Azərbaycanda İtaliyanın tanınmış tikinti şirkəti qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, Kürdəmir RPŞ əməkdaşları tərəfindən avtomobil qaçırdığına görə tutulmuş Fariz Abdullayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Xınıslı kənd sakini Amil Salahovla birgə mayın 5-də rayon ərazisində yerləşən "Todini Construction General S.P.A." yol-tikinti şirkətinə məxsus ofisdən seyflərin kilidini sındırmaq yolu ilə 4746 manat, 400 avro pul və 1 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

"OLAYLAR"ın araşdırmasına görə, adıçəkilən şirkət Azərbaycanda Ələt-Astara-Bəhrəmtəpə avtomobil yolunun tikintisini həyata keçirib. Şirkətin baş ofisi Kürdəmir rayonunda fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31