Gəncədə 44 yaşlı kişi atasını və qardaşını qanına qəltan etdi

70 yaşlı ata ilə 20 yaşlı oğlun bıçaqlanmasına səbəb ailə münaqişəsi olub

Gəncədə 44 yaşlı kişi atasını və anadan ayrı qardaşını bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, 1969-cu il təvəllüdlü İsfəndiyar Zeynalov atası 1943-cü il təvəllüdlü Məcid Zeynalov və oğlu 1993-cü il təvəlüldlü Taleh Zeynalova çoxsaylı bıçaq zərbələri endirib. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisəni törədən şəxs isə saxlanılıb. Cinayətin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.
Xəstəxananın baş həkimi Azad Quliyevin verdiyi məlumata görə, hazırda yaralıların vəziyyəti qənaətbəxşdir. Yaralılar qol və sinə nahiyyələrindən bir neçə kəsilmiş, deşilmiş bıçaq xəsarətləri alıblar. Lakin yaralar çox da dərin olmayıb.
Faktla bağlı araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31