Azərbaycan rus biznesmeni beynəlxalq axtarışa verib
28 Noyabr 2013 17:34 KriminalAzərbaycan rusiyalı biznesmeni beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, İnterpol-un rəsmi saytında rus iş adamı Vadim Buqayev haqqında məlumat yerləşdirilib. 32 yaşlı V.Buqayevin qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. V.Buqayev brend tekstil mallarının satışı ilə məşğul olurmuş. Onun konkret hansı cinayət əməlində təqsirləndirilməsi bildirilmir. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31