Bakıda orta məktəbin həyətində meyit tapılıb
Ölən şəxsin bomj olduğu bildirilir
28 Noyabr 2013 12:39 KriminalBu gecə Bakının Binəqədi rayonu ərazisində orta mətəbin həyətində meyit tapılıb. Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsindən 6-cı mikrorayonda yerləşən 30 saylı məktəbin həyətində yaşlı kişi koma halında tapılıb. Onu orta məktəb şagirdləri tapıb.
Dərhal hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağrılıb. Ona ilkin yardım göstərdikdən sonra xəstəxanaya aparıblar. Lakin kişi xəstəxanaya daxil olanda artıq dünyasını dəyişib. Verilən məlumata görə., Arif adlı bu şəxs uzun müddətdir 30 saylı xəstəxananın həyətində, ümumiyyətlə həmin ərazidə küçələrdə yatırmış. Onun bomj olduğu bildirilir.
Deyilənlərə görə, o, içki aludəçisi olub. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31