“Azərikimya” İstehsalat Birliyində döyüş sursatı həyəcanı
27 Noyabr 2013 17:34 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal nazirliyin müvafiq qurumlarının aidiyyəti bölmələri hadisə yerinə cəlb olunmuş və hazırda istifadəyə yararlı vəziyyətdə olan 1 (bir) ədəd "F-1" markalı əl qumbarası müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və başqa şübhəli əşya aşkar etməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31