DİN Ağstafadakı dəhşətli qəza barədə məlumat yaydı
27 Noyabr 2013 16:06 KriminalDaxili İşlər Nazirliyi Ağstafada baş verən dəhşətli qəza barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 26-da saat 17.15 radələrində Ağstafa rayonu Qırlı kəndinin ərazisində baş verib. Rayon sakini Mətləb Mustafayevin idarə etdiyi "Mercedes" və Tovuz rayon sakini Ceyhun Həşimovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub, M.Mustafayev idarəetməni itiridiyindən yolun kənarında dayanmış Ağstafa rayon sakini Niyaməddin Tağıyevi vurub. M.Mustafayev və N.Tağıyev hadisə yerində ölüb, sərnişinləri, Ucar rayon sakini Səməd Səmədzadə və Sabirabad rayon sakini Elçin Nəsibov xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31