Bakıda zibillikdə meyiti tapılan şəxsin ölümünün səbəbləri müəyyənləşdi
27 Noyabr 2013 16:06 KriminalNoyabrın 2-də Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki poliqonda meyiti tapılan şəxsin ölümünün səbəbləri müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də Balaxanı Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda ölən Hacıağa Vəliyevin həmin gün poliqonda Bakı şəhər sakini Elxan Məmmədovun idarə etdiyi traktorla vurulması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31