Bakıda avtobusda qadına qarşı xoşagəlməz hərəkətlər edən kişi tutuldu

Qadın kişiyə mane olmaq üçün qışqırıb

Ötən gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində sərnişin avtobusunda yaşlı kişi gənc qadına hücum edib.Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 46 saylı xətt avtobusunda kişi qadının çantasını oğurlayıb. Lakin qadın kişiyə mane olmaq üçün qışqırıb. Digər sərnişinlər kişinin qaçmasına mane olublar. Hadisə yerinə gələn polis əməkdaşları qadını qarət etmək istəyən Vadik Kərimovu yaxalayıb.Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 35-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulan şəxsin bundan əvvəl də digər avtobuslarda müxtəlif cinayətlər etdiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31