Qubada iki maşın toqquşub, xəsarət alan var

Bu gün Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 170-ci km-də, Qubanın Mirzəmməd kəndi ərazisində qeydə alınıb.25 yaşlı Quba rayon sakini Xəyyam Yunisovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 23 yaşlı Quba şəhər sakini Mehdi Nadirlinin idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü X.Yunisov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31