“Məşədi Dadaş” məscidini partlatmaq istəyən daha bir nəfər tutuldu VIDEO

Şübhəli şəxs qismində saxlanılan şəxs Elxan Oktay oğlu Əhmədovdur

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycanda insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönələn hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsi hüquqazidd əməllərlə bağlı başlanılan cinayət işi üzrə daha bir nəfər şübhəli şəxs qismində tutulub. Bu Azərbaycan Respublikasının vətəndaşı Elxan Oktay oğlu Əhmədovdur. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev "Ölkədə dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə "cihad etmək haqqında fətva" verilməsi və Bakıda "Məşədi Dadaş" məscidinin axundunun qətlə yetirilməsi barədə çağırışlar edilməsi ilə bağlı açılan cinayət işində hasısa yeniliklər varmı?" sorğusuna cavab olaraq bildirib.
Verilən məlumata görə, cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulmuşdu. Onlar
Məlumatda bildirilir ki, 2013-cü ilin oktyabr ayında İnternetdə "facebook" sosial şəbəkəsində "Enekin Skayvoker" adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan "əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən Azərbaycanda şiələrə qarşı "cihad" etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilib.
"Enekin Skayvoker" profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanıb. Həmin fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar əksini tapıb.
Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib.
Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan - Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31