Abşeronda faciə, 13 yaşlı oğlan kanalda boğuldu
26 Noyabr 2013 15:56 KriminalAbşeronda 13 yaşlı oğlan kanalda boğulub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir uşaq kanala düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər 2000-ci il təvəllüdlü Rzazadə Ərəb Əflatun oğlunun cəsədini batdığı yerdən taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 20:05-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31