Sumqayıtda məcburi köçkünlərin yaşadığı yataqxana yandı, sakinlər evakuasiya olundu
26 Noyabr 2013 15:55 KriminalSumqayıtda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi ümumi sahəsi 3150 kv.m (hər mərtəbəsi 1050 kv.m) olan 3 mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 2 otağın və dəhlizin yanar konstruksiyaları içərisinə yığılmış əşyalarla 100 kv.m sahədə yanıb. Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğından binanın qalan hissəsi mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31