Masallıda faciə
5 yaşlı uşaq qaynar suda yanıb öldü
25 Aprel 2012 15:52 KriminalMasallıda 5 yaşlı uşaq faciəli halda dünyasını dəyişib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat veriblər. Hadisə aprelin 24-də Masallı rayonunun Mollahəsənli kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Aytən Kərimovanın evlərində üstünə qaynar su tökülüb. 5 yaşlı qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq aldığı yanıq xəsarətindən xəstəxanada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31