Türkiyədən qeyri-qanuni yolla mobil telefon çıxaran 3 azərbaycanlı saxlanılıb

Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında ölkədən qeyri-qanuni yolla 2 min ədəd mobil telefon çıxarmaq istəyən 3 azərbaycanlı saxlanılıb. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib. Məlumata əsasən, telefonların heç bir gömrük deklarasiyası olmayıb.

Məlumatda o da qeyd olunur ki, ölkədən çıxarılması planlaşdırılan telefonların ümumi dəyəri 2 milyon türk lirəsi məbləğindədir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31