Gülər Əhmədovanın məhkəməsi yenə təxirə salındı
Sabiq deputat son sözünü demək üçün özünü yaxşı hiss etmədiyini və müalicəyə ehtiyac duyduğunu deyib
26 Noyabr 2013 15:37 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yenə təxirə salınıb . Sabiq deputat G.Əhmədova son söz demək üçün özünü yaxşı hiss etmədiyini və müalicə olunmalı olduğunu deyib.
Məhkəmə dekabrın 2-də davam edəcək. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31