Şabran sakini sirkə turşusundan zəhərlənib

Şabran rayonunda zəhərlənmə faktı qeydə alınıb. Belə ki, Şabran şəhər sakini 16 yaşlı Əliyeva Nigar Eldar qızı sirkə turşusundan zəhərlənib. RTV-nin  məlumatına görə, Nigar Əliyeva saat 16:00 radələrində xəstəxanaya gətirilib. Xəstə tibb müəssisəsinin reanimasiya şöbəsində müalicə olunur. Xəstənin vəziyyəti kafidir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31