Azərbaycanda faciə, 83 yaşlı kişi evi ilə birlikdə yanıb öldü

Azərbaycanda 83 yaşlı kişi evi ilə birlikdə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Qax rayonu, Qaxinqiloy kəndində (rayon mərkəzindən 5 km aralı) baş verib. 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, N.M. Beroşvilinin meyiti aşkar edilib. Bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31