Qax sakini öz evində yandı
26 Noyabr 2013 11:53 KriminalQax rayonu, Qaxinqiloy kəndində 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olayilar"a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, N.M. Beroşvilinin meyiti aşkar edilib. Bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31