Dəhşətli qəza: Qadın avtobusun təkərlərinin altında qaldı
Hadisə, avtobus sürücüsünün sərnişinləri dayanacaqda düşürüb hərəkət etmək istədiyi vaxtda baş verib
26 Noyabr 2013 09:56 KriminalMoskvanın qərbində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib .Rusiya mətbuatının verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 06:50 radələrində, şəhərin Novozavodski küçəsində avtobus sürücüsünün sərnişinləri dayanacaqda düşürüb hərəkət etmək istədiyi vaxtda baş verib.
Avtobus dayanacaqdan ayrılan vaxt qəfildən bir qadın yolun ortasına çıxıb və sürücü vaxtına əyləcdən istifadə edə bilməyib. Nəticədə qadın avtobusun təkərləri altında qalaraq həlak olub. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31