Zaqatalada 4 nəfəri güllələyən şəxsin adı adı açıqlanıb
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib
25 Noyabr 2013 16:53 KriminalNoyabrın 24-də saat 16:00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobil istiqamətində avtomat silahdan atəş açıb.
DİN-in saytına istinadən verilən xəbərə görə , hadisə zamanı V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, sürücü özü isə xəsarət alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır. ans