13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verildi FOTO
Axtarışa verilən qadının əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir
25 Noyabr 2013 16:44 KriminalAzərbaycanda 13 il əvvəl əfv olunan şəxs yenidən axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, 1961-ci il təvəllüdlü Xalidə Salah qızı Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinir. İstintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, X. Məmmədova əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2000-ci ildə əfv edilib. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31