Göyçayda qətllə nəticələnən müəmmalı partlayışın səbəbi məlum oldu

Hadisəyə şüşə partlaması səbəb olub

Daxili İşlər Nazirliyi Göyçayda qətllə nəticələnən müəmmalı partlayışla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 24-də saat 14.00 radələrində Göyçay rayonu H.Əliyev prospektində yaşayan Qeys Gözəlovun həyətində təmizlik işləri aparan Şəkər kənd sakinləri Ağaəli Abdullayev və onun qardaşı Yasər tullantıları yandırarkən şüşə partlamış və A.Abdullayev hadisə yerində ölüb. Yasərə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31