Məhkumda mobil telefon aşkar edilib

Penitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hikmət Əvəz oğlu Sultanovun yataq yerinə və üzərinə baxış keçirilb. Baxış zamanı asılqandan asılmış idman gödəkçəsinin sağ qolunda gizlədilmiş daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31